Bakı. Trend:
Pekində leysan yağışlar və daşqınlar 30 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.
Məlumata əsasən, 80 mindən çox insan təxliyə olunub.
Bildirilib ki, ölənlərdən 28-i şəhərin şimal hissəsində yerləşən Miyun rayonunun sakinləridir. Yağan leysan bölgəsində magistral yollara və elektrik xətlərinə ziyan dəyib.