...

Aİ-də pasportlara vurulan ştamplar biometrika ilə əvəz olunacaq

Dünya xəbərləri Materials 1 Avqust 2025 17:34 (UTC +04:00)
Aİ-də pasportlara vurulan ştamplar biometrika ilə əvəz olunacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 12-dən etibarən Avropa İttifaqının hüdudlarına daxil olan və onları tərk edən insanların pasportlarına ştamp vurulmayacaq. Bu prosedur biometrik yoxlanışla əvəzlənəcək.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Yeni EES (Entry-Exit Sistem/ Giriş-çıxış sistemi) sistemi ənənəvi sənəd yoxlanışını əvəzləyəcək, belə ki, artıq Aİ sərhədlərində insanların barmaq izləri və üzləri skan olunacaq.

Bu sistem üzv dövlətlərdə altı ay ərzində mərhələli şəkildə tətbiq ediləcək, buna görə də tam şəkildə yalnız 10 aprel 2026-cı ildə istifadəyə veriləcək.

Yeni qaydalara görə, Aİ-yə üzv olmayan vətəndaşlar, o cümlədən, Böyük Britaniya vətəndaşları, Aİ ölkəsinə daxil olmaq üçün pasport məlumatları ilə birlikdə biometrik məlumatlarını da qeydiyyatdan keçirməlidirlər. Biometrik məlumat təqdim etməkdən imtina edənlərə Aİ-yə giriş qadağan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti