...

Roma Papası dəfn edilib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 26 Aprel 2025 16:38 (UTC +04:00)
Roma Papası dəfn edilib (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Papası Fransiskin nəşi olan tabut Santa Maria Maggiore bazilikasında qəbirə qoyulub.

Trend xəbər verir ki, dəfn mərasimi bir neçə kardinalın da daxil olduğu az insanın iştirakı ilə keçirilib.

xxx

15:37

Vatikanda Papa Fransisklə vida mərasimi başa çatıb.

Trend xəbər verir ki, tədbiri 250 min nəfər canı olaraq izləyib.

xxx

12:14

Vatikanda mərhum Roma Papası Fransisklə vida mərasimi keçirilir. Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimə onlarla ölkənin liderləri, o cümlədən, ABŞ prezidenti Donald Tramp qatılır.

Trend xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Ağ Ev rəhbəri bazilikada qoyulmuş qapalı tabutun qarşısında pontifikin xatirəsini andıqdan sonra, digər dünya liderlərinə qoşulub.

Qeyd edək ki, Müqəddəs Pyotr Bazilikasında vidalaşmanın başa çatmasından sonra pontifikin tabutu bazilikanın qarşısındakı meydana gətiriləcək və beləcə dəfn mərasimi başlayacaq. Mərasimə Kardinallar Kollecinin dekanı, Kardinal Covanni Battista Re rəhbərlik edəcək.

Təxminən saat 14:30-14:45-də (Bakı vaxtı ilə) dəfn mərasimi başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti