...

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 27 Aprel 2025 17:12 (UTC +04:00)
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hadisə ilə əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Honda" markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb və nəticədə 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində həmin şəxs deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti