...

Əlcəzairdə torpaq sürüşməsi olub

Turizm Materials 27 Aprel 2025 20:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əlcəzairin şimal-qərbində yerləşən Oran əyalətində baş verən torpaq sürüşməsi faciəyə səbəb olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Mülki müdafiə qurumlarının yaydığı məlumata görə, torpaq sürüşməsi paytaxt Əlcəzairdən təxminən 400 kilometr məsafədə yerləşən Ard Şebat bölgəsində baş verib. Təbii fəlakət nəticəsində 5 evə ciddi ziyan dəyib.

Həlak olanlar arasında iki qadın və iki uşaq da var. Yaralıların yaşı 12-dən 75-ə qədər dəyişir. Onlardan yeddisi mülki müdafiə bölmələri tərəfindən təxliyə olunub, digərləri isə şəxsi nəqliyyat vasitələri ilə xəstəxanalara çatdırılıb.

Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir. Torpaq sürüşməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti