...

Ağ Ev Tramp-Zelenski görüşü barədə açıqlama yayıb

Dünya xəbərləri Materials 26 Aprel 2025 14:50 (UTC +04:00)
Ağ Ev Tramp-Zelenski görüşü barədə açıqlama yayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Romada keçirilən görüş məhsuldar olub.

Trend xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Stiven Çun “Reuters” agentliyinə açıqlama verib.

"Onlar bu gün özəl şəkildə görüşdülər və çox məhsuldar bir söhbət apardılar", – deyə Ağ Evin nümayəndəsi qeyd edib.

Çun əlavə edib ki, görüşün digər detalları bir müddət sonra açıqlanacaq.

Bundan əvvəl "The New York Times" (NYT) qəzeti Zelenski Romada keçiriləcək görüş zamanı Trampa münaqişənin həlli ilə bağlı təkliflər təqdim edə biləcəyini yazırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti