...

İsrailin Tehranın “Evin” həbsxanasına hücumunda bir qrup məhbus qaçıb

Dünya xəbərləri Materials 12 İyul 2025 14:50 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İran paytaxtı Tehranın “Evin” həbsxanasına hərbi hava hücumu nəticəsində bir qrup məhbus qaçıb.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qaçan məhbusların sayı çox deyil. Həbsxanadan qaçan şəxslər arasında önəmli şəxslər olmayıblar.

Cahangir bildirib ki, qaçan məhbuslar mütləq həbs olunaraq həbsxanaya qaytarılacaq.

Məhkəmə rəsmisi qeyd edib ki, həbsxanaya hücum nəticəsində 5 məhbus ölüb. Bu məhbuslar maliyyə məsələləri ilə əlaqədar həbs olunmuşdular.

Qeyd edək ki, İsrail 23 iyunda Tehranın “Evin” həbsxanasına aviazərbələr endirib. Nəticədə 79 nəfər ölüb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti