Bakı. Trend:
AİB dəmir yolu, metro və avtomobil infrastrukturu aktivlərinin monetizasiya layihələri hesabına Azərbaycanda “yaşıl” mobilliyin inkişafı perspektivlərini nəzərdən keçirəcək.
Bu barədə Trend Asiya İnkişaf Bankı (AİB) 2025–2029-cu illər üzrə Azərbaycanla Tərəfdaşlıq Strategiyasına əsasən xəbər verir.
Sənəddə qeyd olunur ki, hökumətin prioritetləri arasında ölkənin regional logistika mövqeyinin möhkəmləndirilməsi və az inkişaf etmiş regionlar üçün dayanıqlı gəlir mənbələrinin formalaşdırılması məqsədilə aşağı karbonlu nəqliyyat əlaqələrinin yaradılması yer alır.
AİB, regional nəqliyyat dəhlizlərinin blokdan çıxarılması gözləntiləri fonunda, dəmir yolu bağlantılarının müasirləşdirilməsinə, o cümlədən onların rəqəmsallaşdırılması, elektrikləşdirilməsi və müasir siqnalizasiya sistemlərinin tətbiqi işlərinə dəstək göstərəcək.
“Geridə qalan rayonların inkişafı üçün iqlim dəyişikliyinə və təbii fəlakətlərə davamlı həyati əhəmiyyətli infrastrukturun bərpası, sıfır tullantılı zonaların yaradılması və təbii kapitalın dayanıqlı idarə olunması yolu ilə innovasiyaların tətbiqi tələb olunur”, -deyə Bank qeyd edir.