...

Azərbaycanda repatriasiya edilən qadın və uşaqların sayı nə qədərdir?

Cəmiyyət Materials 17 İyul 2025 09:50 (UTC +04:00)
Azərbaycanda repatriasiya edilən qadın və uşaqların sayı nə qədərdir?
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ötən dövrdə ümumilikdə 556 nəfərlə iş aparılıb. Onlardan 489-u uşaq, 65-i qadın, 2 nəfər isə kişidir. Bu kateqoriyaya aid şəxslərin yaşadıqları ailələrin sayı 193-dür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilir ki, repatriasiya edilmiş şəxslərin ölkə ərazisində sosial reinteqrasiyası və sosial-reabilitasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.

"Repatriasiya prosesi başladıqdan sonra müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrup yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu İşçi qrupun üzvü olaraq digər orqanlarla birgə həm repatriasiya prosesində iştirak edir, həm də repatriasiyadan sonra şəxslərin sosial reinteqrasiyası və sosial adaptasiyası istiqamətində işlər aparır.

Hər ailəyə ən uyğun sosial reabilitasiyanı təmin etmək məqsədilə səfərlər edilərək sosial-psixoloji vəziyyətlərin təfsilatlı qiymətləndirilməsi aparılır və fərdi inkişaf planı tərtib edilir. Ailələrlə sosial işçilər mütəmadi olaraq əlaqə saxlayır və onlara mövcud problemlərin həllində dəstək göstərirlər".

Qeyd edilir ki, ölkəyə repatriasiya edilmiş vətəndaşlarımız Sosial Xidmətlər Agentliyinin tabeliyində olan müvafiq sosial xidmət müəssisələrinə yerləşdirilir.

"Şəxslərin yaşadıqları icmaya reinteqrasiyası və fərdi ehtiyaclarına uyğun sosial reabilitasiyası üçün müvafiq ilkin tədbirlər həyata keçirilir. Bunlara repatriasiya olunmuş şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərinin alınmasına, psixoloji yardım göstərilməsinə, məktəb yaşlı uşaqların məktəbə qeydiyyatına dəstək və sair daxildir. Repatriantlar müəssisədə ilkin sosial-reabilitasiya xidməti aldıqdan sonra qohumlarına təhvil verilir", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti