...

İran Oman körfəzində neft tankerini saxlayıb

Dünya xəbərləri Materials 16 İyul 2025 10:24 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran tərəfindən Oman körfəzində 2 milyon litr yanacağı qaçaqmalçılıq yolu ilə daşıyan xarici neft tankeri saxlanılıb.

Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan Ədliyyə İdarəsinin baş direktoru Muctaba Qəhrəmani yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, neft tankerinin qeyd olunan yükü daşımasına dair qanuni sənədləri olmayıb. Bununla əlaqədar neft tankerinin kapitanı da daxil olmaqla, 17 ekipaj üzvü saxlanılıb və həbsdədir.

İranlı rəsmi neft tankerinin hansı ölkəyə məxsus olduğuna aydınlıq gətirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti