Bakı. Trend:
“İcraçı Kredit Agentliyi" MMC Bank olmayan kredit təşkilatı (BOKT) ləğv edilir.
Trend xəbər verir ki, bu barədə BOKT özü elan edib.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1141 Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 574-cü məhəllə, otaq 4 ünvanına bildirə bilərlər.
Sözügedən BOKT 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 324 166 manat olan BOKT-nin qanuni təmsilçisi Cəlilov Samir Fəxrəddin oğludur.