...

Peşə təhsili müəssisələrinə qəbul tarixi açıqlandı

Cəmiyyət Materials 16 İyul 2025 15:52 (UTC +04:00)
Peşə təhsili müəssisələrinə qəbul tarixi açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq.

Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Code Academy” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “CASA”, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İMZA GROUP və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında yeni əməkdaşlıqların əsasını qoyan Anlaşma Memorandumunun imzalanma mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir.

Agentlik sədri vurğulayıb ki, peşə təhsili artıq bir çox gəncin ilk seçimidir və maraq ildən-ilə artır.

Xəbər lenti

Xəbər lenti