Bakı. Trend:
İsrail aviasiyası Qəzzada fələstinli döyüşçülərə aid obyektlərə zərbələr endirməyə davam edir. İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin məlumatına görə, ötən sutkalar ərzində anklavda 120-dən çox hədəfə zərbələr endirilib.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
Məlumata görə, vurulan obyektlər arasında hərbi qurğuları, silah-sursat anbarları, yeraltı infrastruktur obyektləri yer alıb.
Silahlı radikalların ayrı-ayrı dəstələri də zərbələrə məruz qalıb. Quruda isə döyüşləri İsrail ordusunun quru qoşun bölmələri davam etdirir. Xüsusilə, anklavın şimal hissəsində radikallar İsrail tankına qarşı tank əleyhinə raket atıblar. Ordudan itkilərlə bağlı məlumat verilməyib.
"Atəş açanlar cavab atəşi ilə məhv edilib”, – mətbuat xidmətinin məlumatında deyilir.
.