...

bp şirkəti ilə Azərbaycanda iki mühüm layihə üzrə müqavilələr imzalanıb

İqtisadiyyat Materials 16 İyul 2025 09:34 (UTC +04:00)
bp şirkəti ilə Azərbaycanda iki mühüm layihə üzrə müqavilələr imzalanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) ABŞ-ın beynəlxalq mühəndislik, tikinti və texnologiya xidmətləri göstərən şirkəti KBR ilə birgə müəssisəsi olan SOCAR-KBR MMC bp şirkəti ilə Azərbaycanda iki mühüm layihə üzrə müqavilə imzalayıb.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, bu müqavilələrdən biri Azərbaycanın ən böyük neft-qaz terminalı olan Səngəçal Terminalının Elektrifikasiyası (STEL) layihəsinə, digəri isə “Şahdəniz Kompressor” (SDC) qaz yatağı layihəsinə aiddir.

Müqavilə şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üzrə ətraflı mühəndislik dizaynı və satınalma xidmətlərini həyata keçirəcək. Şirkət daha əvvəl STEL layihəsinin ilkin texniki-iqtisadi əsaslandırmasını (FEED) və SDC layihəsinin ilkin (pre-FEED) və əsas FEED mərhələsini uğurla başa çatdırıb. Bu yeni tapşırıqlar BP-nin SOCAR-KBR-ə olan davamlı inamını əks etdirir.

SOCAR-KBR-nin Bakıda yerləşən komandasının 95%-dən çoxu azərbaycanlı mühəndis, dizayner və digər mütəxəssislərdən ibarətdir. Layihə yerli ekspertlərin bilik və təcrübəsi ilə, eyni zamanda KBR-nin qlobal komandasının dəstəyi ilə Bakı ofisi tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti