Bakı. Trend:
Ölkəmizdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Açıq Data” layihəssində biz də iştirak edirik.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunan müzakirələrin yekunu ilə bağlı keçirilən brifinqdə deyib.
"İlin sonuna qədər 22 data ictimaiyyətə açıq formatda təqdim olunacaq. İyulun sonuna qədər bu datalardan 13-ü yerləşdiriləcək, ilin sonuna qədər isə bütün 22 data ictimaiyyətlə paylaşılacaq"- deyə o əlavə edib.