...

Heyvan dişləməsinə məruz qalan şəxs dərhal quduzluq əleyhinə vaksin vurdurmalıdır - SN

Cəmiyyət Materials 16 İyul 2025 15:36 (UTC +04:00)
Heyvan dişləməsinə məruz qalan şəxs dərhal quduzluq əleyhinə vaksin vurdurmalıdır - SN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Heyvan dişləməsinə məruz qalan hər bir şəxs, yaşından asılı olmayaraq, dərhal tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə vaksin vurdurmalıdır.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımda nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

A.Qurbanova qeyd edib ki, quduzluq virusu insanlar üçün həyatı təhlükəsi olduğundan, zədələnmənin lokalizasiyasından asılı olaraq, antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur.

Onun sözlərinə görə, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik vaksinlə yanaşı, antirabik immunoqlobulindəndə istifadə edilir. Eyni zamanda, tetanus xəstəliyindən qorunmaq üçün tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalan şəxsin müalicə kursu tibb müəssisəsində həkim - cərrah tərəfindən təyin edilir.

Xəstə məlum heyvan dişləməsinə məruz qaldıqda və o heyvan 10 gün müddətində sağ qaldıqda, şərti müalicə kursu təyin edilir: “Əgər heyvan naməlumdursa və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman xəsarət alana qeyri-şərti müalicə kursu təyin edilir”.

A.Qurbanova bildirib ki, şərti müalicə zamanı xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur: “Qeyri şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Qeyd edim ki, bu iynələrin hər biri əzələdaxilinə yeridilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti