Bakı. Trend:
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 7 faiz və ya 244 mln. manat çox olmaqla, 3 mlrd. 963 mln. manat təşkil edib.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
"Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 237 mln. manat artaraq 3 mlrd. 146 mln. manat olub.
Cari ilin 6 ayında DSMF-nin xərcləri 3 mlrd. 744 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 324 mln. manat çoxdur", - deyə əlavə edilib.