Bakı. Trend:
Cari ilin yanvar-may aylarında Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 12 min 808 nəfər olub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 nəfər və ya 0,9% ya azalıb. Belə ki, 2024-cü ilin ilk beş ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 12 min 918 nəfər idi.
Hesabat dövründə Türkmənistandan Azərbaycana gələnlərin 6 min 831 nəfəri turizm məqsədi ilə gəlib ki, bu da, illik müqayisədə 747 nəfər, yaxud da 9,9% azdır. Ötən ilin eyni dövründə Türkmənistandan ölkəyə turizm məqsədi ilə 7 min 578 nəfər gəlmişdi.
Cari ilin hesabat dövründə bu ölkədən Azərbaycana turizm məqsədi ilə gələnlərin 76%-i kişilər, 24%-i isə qadınlar olub. Onların 2 min 311 nəfəri hava nəqliyyatından, 4 min 520 nəfəri isə dəniz nəqliyyatından istifadə edərək Azərbaycana gəlib. Bu məqsədlə gələnlərin böyük əksəriyyəti (3 min 55 nəfəri) 1-3 günlük gecələmələrə üstünlük verib. Onlardan 4 min 25 nəfəri istirahət və əyləncə məqsədi ilə səfər edib.
Turizm məqsədi ilə Türkmənistandan Azərbaycana gələnlərin ölkədə gecələmələrinin sayı 18 min 988-ə bərabər olub. Gecələmələrin 622-si mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə, 1 266-sı kirayə götürülmüş evlərdə, 6 min 852-si qohumların və ya dostların evində, 10 min 248-i isə özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə olub. Gecələmələrin 14 min 420-si Bakı şəhərində qeydə alınıb.
Türkmənistandan turizm məqsədi ilə gələnlərin 6 min 145 nəfəri bütün xidmətləri qənaətbəxş hesab edib, 686 nəfəri isə göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib.
Cari ilin ilk beş ayında bu ölkədə Azərbaycana turizm məqsədi ilə gələnlər 8,258 milyon manat xərcləyib. Xərclərin 2,081 milyon manatı nəqliyyatın, 1,878 milyon manatı yerləşmənin, 2,39 milyon manatı qidalanmanın, 61,8 min manat mədəniyyət xərclərinin, 1,4 min manatı isə turizm zərfinin alınmasının, 57,8 min manatı idman və əyləncə xidmətlərinin, 1,275 milyon manatı malların və hədiyyələrin alınmasının, 512,8 min manatı isə digər xərclərin payına düşüb.