Bakı. Trend:
Portuqaliyanın “Despertar” klubunun şərəfini qoruyan futbolçu Xorxe Sarayva 17 yaşında dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Sarayva dənizdə çimərkən boğularaq ölüb. Onun çimərliyə dostları ilə gəldiyi bildirilir. Xilasedicilər qalanlarını xilas edə bilib. Onun cansız bədəni bir müddət sonra aşkarlanıb.
Futbol klubu “Instagram” səhifəsində oyunçu ilə bağlı nekroloq və onun qara fonda şəklini paylaşıb.