bakı. Trend:
Bu ilin yanvar-may yalarında Azərbaycana 3 ölkədən dəyəri 64,4 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 73,2 min ton və ya 8,5 dəfə, dəyər baxımından isə 56,6 milyon ABŞ dolları və ya 8,2 dəfə çoxdur.
Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi iki ölkəyə (Gürcüstan və Türkiyə) dəyəri 1,3 milyon ABŞ dolları olan 2089 ton “Aİ-92” markalı benzin ixrac edilib.
Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.
2025-ci ilin ilk 5 ayında Azərbaycanın “Aİ-92” markalı benzin aldığı ölkələr:
Ölkələr |
Miqdar (ton) |
Məbləğ (min ABŞ dolları) |
Belarus |
14496,86 |
12610,53 |
Rusiya |
64834,47 |
48806,75 |
Rumıniya |
3670,04 |
2978,6 |