Bakı. Trend:
2026-cı il İtaliyada keçiriləcək XXV Qış Olimpiya və Paralimpiya Oyunlarının medalları təqdimatı olub.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.
Məlumata əsasən, Milan və Kortina-d'Ampezzo şəhərlərinin ev sahibliyi edəcəyi yarışın medalları Venesiyada keçirilən rəsmi mərasimdə nümayiş olunub. İtaliyanın “Istituto Poligrafico e Zecca dello Stato” (IPZS) tərəfindən hazırlanan medallar iki hissədən ibarətdir: biri təşkilatçılar, könüllülər və texniki heyətə həsr olunub, digəri isə Milan və Kortinanı simvolizə edir.
Qeyd edək ki, yarışlar 2026-cı il fevralın 6-dan 22-dək keçiriləcək və 116 dəst medal təqdim olunacaq.