Bakı. Trend:
Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsə direktor təyin edilib.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Zaur Həsənov təyinat alıb.
Yeni təyinatla əlaqədar olaraq Zaur Həsənov Culfa Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Uşaq Xəstəxanasının kollektivlərinə təqdim olunub.