...

Fransada kilsəyə qarşı vandalizm aktı törədilib

Dünya xəbərləri Materials 16 İyul 2025 02:58 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Pireney-Atlantik departamentində yerləşən kilsəyə qarşı vandalizm aktı törədilib.

Trend-in məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.

Məlumata əsasən, səhər kilsəyə gələn keşiş ibadət yerinə böyük həcmdə tullantı atıldığını görüb. Hadisə bazar günü baş versə də, ötən gün axşam saatlarında ictimailəşdirilib.

Din xadiminin jurnalistlərə bildirdiyinə görə, tullantı o qədər çox olub ki, üstündən keçmək mümkün olmayıb. Məsələ ilə bağlı polisə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti