...

Ağdamda birmərtəbəli ev yanıb

Hadisə Materials 16 İyul 2025 08:58 (UTC +04:00)
Ağdamda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Ağdam rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Səfərli kəndində ümumi sahəsi 126 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti