Bakı. Trend:
İsrail Tramp administrasiyasının xahişindən sonra iyulun 15-də Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı bildirib.
Məlumata əsasən, Suriya hökuməti Əs-Suveyda bölgəsinə tankların göndərilməsi ilə bağlı İsraili əvvəlcədən xəbərdar edib və bunun druz döyüşçüləri ilə bədəvilər arasında toqquşmalar zamanı asayişi bərpa etmək məqsədilə edildiyini vurğulayıb.
Bundan əvvəl bildirilib ki, İsrail lazım gələrsə, Suriyadakı druzları qorumaq üçün tədbirlər görmək niyyətindədir.