...

Brisbendə keçirilən Multikultural Festivalda Azərbaycan təmsil olunub (FOTO)

Cəmiyyət Materials 15 İyul 2025 16:08 (UTC +04:00)
Brisbendə keçirilən Multikultural Festivalda Azərbaycan təmsil olunub (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya İttifaqının Brisben şəhərində keçirilən Multikultural Festivalda Azərbaycan da təmsil olunub.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, orta məktəbdə təşkil edilən festivalda Azərbaycanla yanaşı, Avstraliya, Misir, Hindistan, Əfqanıstan, Afrika, Filippin, Vyetnam, Çin, Yaponiya, Kamboca, Koreya, Yeni Zelandiya və başqa ölkələr öz milli mədəniyyətlərini əks etdirən xüsusi guşələr yaradıblar.

Festival çərçivəsində müxtəlif xalqlara məxsus rəqslər, oyunlar nümayiş olunub, eləcə də, fotostendlər vasitəsilə ölkələrin adət-ənənələri və mədəni irsi haqqında iştirakçılara məlumat verilib.

Azərbaycan guşəsi “Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası”nın vitse-prezidenti Aytən Məmmədova və həyat yoldaşı Con Millettin təşkilatçılığı ilə yaradılıb. Ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini və mətbəxini əks etdirən milli geyimlər, suvenirlər və digər mədəni nümunələr sərgilənib.

Festival iştirakçıları Azərbaycan guşəsinə böyük maraq göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti