Bakı. Trend:
Bu ilin iyunun 1-nə Azərbaycan banklarının informasiya və rabitə sahəsinə verilmiş biznes kredit portfeli 666,3 milyon manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 5,1 milyon manat (0,8%), ötən ilin eyni dövrü ilə nisbətdə isə 109,7 milyon manat (19,7%) böyüyüb.
Qeyd edək ki, informasiya və rabitə sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 661,2 milyon manat, ötən ilin iyunun 1-nə isə 556,6 milyon manat təşkil edib.
Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,4 milyard manata bərabər olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditləri, 8,9 milyard manatı istehlak kreditləri, 4,4 milyard manatı isə ipoteka kreditləri təşkil edib.