...

Los-Ancelesdə sənaye tunelinin uçması nəticəsində 15 işçi təcrid olunub

Dünya xəbərləri Materials 15 İyul 2025 04:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Los-Anceles şəhərinin Uilminqton rayonunda sənaye tunelinin çökməsi nəticəsində təxminən 15 işçi tunel daxilində təcrid olunmuş vəziyyətdə qalıb.

Trend-in məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə xidməti rəsmi açıqlama yayıb.

Hazırda xəsarət alanlar barədə məlumat yoxdur, hadisə yerində təcili yardım və xilasetmə briqadaları əməliyyat aparır.

“Los Angeles Times” nəşrinin yazdığına görə, tunel şəhərdə sanitariya şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə çərçivəsində inşa edilirdi.

Qazıntı və axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti