Bakı. Trend:
Pekində keçirilən danışıqlarda Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün praktiki addımlar barədə razılığa gəliblər.
Trend-in Hindistan Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, tərəflər humanitar mübadilələrin asanlaşdırılması məqsədilə qarşılıqlı səfərlərin və birbaşa uçuşların təşkili də daxil olmaqla əlavə addımlar atmağa razılaşıblar.
Hindistan Xarici İşlər Nazirliyi baş tutan müzakirələri “konstruktiv və perspektivli” kimi qiymətləndirib. Bildirilib ki, nazirlər gələcəkdə də ikitərəfli səfərlər və görüşlər vasitəsilə dialoqu davam etdirmək niyyətindədirlər.