Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda külək elektrik stansiyalarında 21,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 milyon kVt-saat və ya 27,1% azdır. Belə ki, 2024-cü ilin birinci yarısında ölkədə külək elektrik stansiyalarında 29,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyun aylarında 1736,7 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 312,9 milyon manat təşkil edib.