...

Şəhidlərimizin sayəsində bu torpaqlara ayaq basdığıma görə qürurluyam - Doğma yurda köçən şəhid anası

Cəmiyyət Materials 14 İyul 2025 16:05 (UTC +04:00)
Şəhidlərimizin sayəsində bu torpaqlara ayaq basdığıma görə qürurluyam - Doğma yurda köçən şəhid anası
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı.Trend:

Qürurluyam ki, şəhidlərimizin sayəsində bu torpaqlara ayaq qoyduq.

Trend xəbər verir ki, bunu Xocalı rayonunun Təzəbinə kənd sakini Məruzə Fərəcova yurda köç zamanı deyib.

Sakin bütün şəhidlərə rəhmət diləyib:

“Mən özüm şəhid anasıyam. Allah bütün balaları qorusun. Şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm. Prezidentimizə də çox minnətdarıq ki, bu günləri görə bildik”.

Qeyd edək ki, bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti