Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə 2,9 milyard kubmetr qaz ixrac edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 3,6% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyəyə TANAP-la qaz ixracı 2,8 milyard kubmetr təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.