...

“Şahdəniz”dən hasil edilən kondensatın həcmi 10%-ə yaxın azalıb

İqtisadiyyat Materials 14 İyul 2025 11:32 (UTC +04:00)
“Şahdəniz”dən hasil edilən kondensatın həcmi 10%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından 1,9 milyon ton kondensat hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 200 min ton və ya 9,5% azdır.

Belə ki, ötən ilin eyni dövründə “Şahdəniz” yatağından 2,1 milyon ton kondensat hasil edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti