...

İranın XİN başçısı Çinə səfər edəcək

Dünya xəbərləri Materials 13 İyul 2025 20:14 (UTC +04:00)
İranın XİN başçısı Çinə səfər edəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Abbas Araqçi Çinə səfər edəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, Abbas Araqçi Çinin xarici işlər naziri Van İnin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlər toplantısında iştirak etmək üçün Çinə səfər edəcək.

O bildirib ki, səfər zamanı İran XİN rəhbəri Çinin xarici işlər naziri və iclasda iştirak edən bir sıra digər xarici işlər nazirləri ilə də görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti