...

Qarabağ və Şərqi Zəngəzurda nə qədər biznesmen var?

İqtisadiyyat Materials 14 İyul 2025 12:29 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda nə qədər biznesmen var?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 381 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, eləcə də 96 230 fərdi sahibkar fəaliyyət göstərib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Belə ki, hesabat dövründə mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 4004, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 941 nəfər olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%-i və 0,5%-i deməkdir.

Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 234 (ümumi saya görə, 1,9%), Şərqi Zəngəzur iqtisadi rayonunda 60 (ümumi saya görə, 0,5%) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 103 (ümumi saya görə, 2,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 21 (ümumi saya görə, 0,5%) olub. Eyni zamanda hesabat dövründə Qarabağ iqtisadi rayonunda 13 (ümumi saya görə, 1,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,5%) iri sahibkarlıq subyekti qeydə alınıb.

1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 89 446 (ümumi saya görə, 6,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 6 784 (ümumi saya görə, 0,5%) fərdi sahibkar fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti