Bakı.Trend:
Bu il Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon qeydiyyat şöbələri və Şuşa regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən ümumilikdə 588 doğum qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, həmin qeydiyyat şöbələri üzrə 534 ölüm qeydə alınıb.
Qeyd edək ki, ötən il doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə görə Dağlıq Şirvan regionunda (12,7), Lənkəran-Astara regionunda (12,0), Qarabağ və Şərqi Zəngəzur regionunda (11,9), Quba-Xaçmaz regionunda (11,8), Mil-Muğan regionunda (11,5), Mərkəzi Aran və Şirvan-Salyan regionunda (11,2), Qazax-Tovuz regionunda (11,1) olub.