...

Azərbaycandan ixrac olunmuş neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 İyul 2025 11:44 (UTC +04:00)
Azərbaycandan ixrac olunmuş neftin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 6 ayı ərzində 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 300 min ton və ya 2,5% azdır.

Belə ki, ötən ilin birinci yarımilində təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunmuşdu.

Cari ilin birinci yarısında ixraca nəq edilmiş neftin 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, 6 ay ərzində ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

Bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61.9 min ton (457 min barrel), kondensat hasilatı 13,7 min ton (113 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barrel) olub.

Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti