Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londona yaxın Sautend hava limanından havaya qalxan kiçik bir təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, “Beechcraft B200” tipli biznes-jeti yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 18:45) havaya qalxıb və Niderlandın Lelystad şəhərinə istiqamətlənib.
İki mühərrikli turbovintli təyyarənin göyərtəsində neçə nəfərin olduğu hələlik açıqlanmayıb.
Britaniya mediası və sosial şəbəkələrdə qəza yerindən böyük yanğın və qalın qara tüstü görüntüləri yayılıb.
Esseks qraflığında yerləşən Sautend hava limanında bütün uçuşlar dayandırılıb.