...

HƏMAS Qəzzaya Humanitar Yardım Fondunun ləğvini tələb edib

Dünya xəbərləri Materials 13 İyul 2025 09:22 (UTC +04:00)
HƏMAS Qəzzaya Humanitar Yardım Fondunun ləğvini tələb edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsrailin və ABŞ-nin idarə etdiyi Qəzza Humanitar Fondunun (GHF) ləğvini tələb edib.

Trend-in məlumatına görə, bu barədə hərəkanın "Telegram" kanalında yayımlanan açıqlamada bildirilib.

"HƏMAS" mülki şəxslərin ölümünə görə məsuliyyəti həmin Fondun üzərinə qoyub.

"Bunun üçün bütün ərəb dünyası və beynəlxalq ictimaiyyət bu qeyri-insani mexanizmin aradan qaldırılması və onu yaradanların məsuliyyətə cəlb olunması üçün təcili tədbirlər görməlidir", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti