...

Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 12 İyul 2025 10:52 (UTC +04:00)
Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici dil mərkəzində müxtəlif dillər üzrə intensiv kursların buraxılış mərasimi keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hİİ-nin rəhbərliyi, professor-müəllim heyəti və dinləyicilərinin, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki Hərbi Attaşelik aparatı nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, 5 xarici dil üzrə müxtəlif səviyyələrdə təşkil olunmuş kurslarda ümumilikdə 144 nəfər hərbi qulluqçu və mülki işçi, o cümlədən Türk Silahlı Qüvvələrinin hərbi qulluqçuları təhsil alıb.
Dinləyicilər adından çıxış edən kurs birinciləri yaradılan şəraitə görə Müdafiə Nazirliyinin və MMU-nun rəhbərliyinə, eləcə də xarici dillərin tədrisində əməyi olan professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda məzunlara fəxri fərmanlar və sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti