Bakı. Trend:
Paris təmsilçisi 2025-ci ildə futbol tarixində bir təqvim ilində 7 kubok qazanaraq misilsiz nəticəyə imza atmağa real namizəddir.
Trend xəbər verir ki, indiyədək yalnız iki klub – "Barselona" (2009) və "Bavariya" (2020) bir təqvim ili ərzində 6 titul qazanaraq bu sahədə rekordçudur. PSJ isə aşağıdakı 7 turnirdə qalib gəlməklə bu rekordu geridə qoya bilər:
Fransa Liqası
Fransa Kuboku
Fransa Superkuboku
UEFA Çempionlar Liqası
Klublararası Dünya Çempionatı (artıq finaldadır)
UEFA Superkuboku (rəqib: “Tottenhem”)
FIFA Qitələrarası Kubok
Əgər PSJ bu titulları tam şəkildə əldə edə bilsə, futbol tarixində ilk dəfə bir klub bir təqvim ilində 7 kubokla ilin tamamlayacaq.