...

Azərbaycanda neft bitumu istehsalı artıb, neft koksu istehsalı azalıb

İqtisadiyyat Materials 12 İyul 2025 16:00 (UTC +04:00)
Azərbaycanda neft bitumu istehsalı artıb, neft koksu istehsalı azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 115,3 min ton neft bitumu istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 min ton və ya 0,3% çoxdur. Ötən ilin birinci yarısında ölkədə 115 min ton neft bitumu istehsal edilmişdi.

Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 13 min ton təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanda 105,3 min ton neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 min ton və ya 5,2% azdır. Ötən ilin müvafiq dövründə ölkədə 111,1 min ton neft koksu istehsal edilmişdi.

Cari ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 37,8 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti