...

Türkiyədə yaşayış binasında güclü yanğın olub - Ölənlər var

Dünya xəbərləri Materials 13 İyul 2025 09:58 (UTC +04:00)
Türkiyədə yaşayış binasında güclü yanğın olub - Ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ankara vilayətində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın Çankaya rayonunda yerləşən çoxmərtəbəli binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Məlumata əsasən, hadisə nəticəsində biri körpə olmaqla 3 nəfər həyatını itirib, 20 nəfər isə tüstüdən zəhərlənib.

Türkiyə prokurorluğu yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti