...

SpaceX İlon Maskın "xAI" startapına 2 milyard dollar investisiya yatıracaq

Dünya xəbərləri Materials 13 İyul 2025 07:10 (UTC +04:00)
SpaceX İlon Maskın "xAI" startapına 2 milyard dollar investisiya yatıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskın sahibi olduğu “SpaceX” aerokosmik şirkəti onun süni intellekt layihəsi olan “xAI” startapına 2 milyard dollar həcmində sərmayə qoyacaq.

Trend xəbər verir ki, bu barədə “Wall Street Journal” şirkətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu vəsait iyunda elan edilən 5 milyard dollarlıq səhmdar kapitalının cəlbi çərçivəsində həyata keçirilir. Məlumata görə, “xAI” bu investisiyadan əlavə 5 milyard dollar məbləğində borc vəsaiti də əldə edib.

İnvestorların bildirdiyinə əsasən, ilin sonuna qədər “xAI” daha böyük məbləğdə maliyyə vəsaiti cəlb etməyi planlaşdırır. Startap Maskın yaratdığı süni intellekt əsaslı çat-bot “Grok”un inkişafı ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti