Bakı. Trend:
40 yaşlı Santi Kasorla futbol karyerasını daha bir mövsüm davam etdirmək qərarına gəlib.
Trend xəbər verir ki, təcrübəli yarımmüdafiəçi doğma klubu "Ovyedo" ilə 2025/2026 mövsümünün sonuna qədər yeni müqavilə imzalayıb.
Kasorla "Ovyedo"nun yetirməsidir və 2023-cü ildə uzun illər sonra bu kluba qayıdıb. O, komandanın İspaniya La Liqasına yüksəlməsində mühüm rol oynayıb. "Ovyedo" pley-off finalında "Mirandes" üzərində penalti seriyasında qalib gələrək (0:1, 3:1) yüksək liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, Santi Kasorla karyerası ərzində "Vilyarreal", "Malaqa", "Arsenal" kimi tanınmış klublarda forma geyinib. O, İspaniya millisinin heyətində AVRO-2008 və DÇ-2012-nin qalibi olub.