...

ABŞ-də Bayden administrasiyasının daxili ekstremizmə dair sənədlərini məxfilikdən çıxarılacaq

Dünya xəbərləri Materials 13 İyul 2025 11:16 (UTC +04:00)
ABŞ-də Bayden administrasiyasının daxili ekstremizmə dair sənədlərini məxfilikdən çıxarılacaq

Bakı. Trend:

ABŞ-nin keçmiş lideri Co Baydenin administrasiyasına aid, guya ölkədaxili ekstremistlərlə mübarizədə sui-istifadə hallarını sübut edən sənədlər tezliklə məxfilikdən çıxarılacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib.

"Çox yaxın zamanda Bayden administrasiyasının ilk günü – 2021-ci il yanvarın 21-də onun milli təhlükəsizlik üzrə müşavirinin xidməti qeydi yayaraq, təhlükəli daxili ekstremist hesab etdikləri şəxslərə qarşı təqiblərin əsasını necə qoyduğunu əks etdirən sənədlər məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim olunacaq", - deyə o bildirib.

Qabbard əlavə edib ki, yerli ekstremistlər kateqoriyasına pandemiya məhdudiyyətlərinə qarşı çıxanlar, övladlarının məktəblərdə məcburi peyvənd olunacağından qorxan valideynlər və hakimiyyətin etdiyi ilə razılaşmayan insanlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti