...

Ərdoğan və İraq baş naziri PKK-nın tərksilah prosesini müzakirə ediblər

Dünya xəbərləri Materials 13 İyul 2025 01:08 (UTC +04:00)
Ərdoğan və İraq baş naziri PKK-nın tərksilah prosesini müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, görüş zamanı PKK terror təşkilatının tərksilah olunması prosesinin başlanması, eləcə də ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Türkiyə Prezidentinin Administrasiyasından verilən açıqlamada bildirilir ki, Ərdoğan “Terrorsuz Türkiyə” təşəbbüsünün həssaslıqla həyata keçirildiyini və Ankaranın bölgədə terror təhlükəsini birdəfəlik aradan qaldırmaqda qətiyyətli olduğunu vurğulayıb. O, bu prosesi pozmağa çalışanlara qarşı da ciddi və sayıq mübarizə aparılacağını qeyd edib.

Xatırladaq ki, PKK döyüşçülərinin tərksilah olunması prosesi artıq İraqın şimalında, Süleymaniyə şəhərində start götürüb. Türkiyə bu təşəbbüslə uzun illərdir davam edən münaqişəyə son qoymağı və sabitliyi təmin etməyi hədəfləyir.

Tərksilah prosesi Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altında 3-4 ay ərzində həyata keçiriləcək. Prosesin bütün mərhələləri ciddi şəkildə izləniləcək və qeydə alınacaq.

Xəbər lenti

Xəbər lenti