...

Keçən ildən xizək kurortlarının birliyi yaradılıb - Sədr

İqtisadiyyat Materials 12 İyul 2025 16:38 (UTC +04:00)
Keçən ildən xizək kurortlarının birliyi yaradılıb - Sədr
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Keçən ildən etibarən xizək kurortlarının birliyi yaradılıb.

Trend xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov deyib.

Onun sözlərinə görə, kurort mərkəzləri arasında birgə iş birliyi yaradılır:

"Hesab edirik ki, perspektivli addım kurortların birgə təlim mərkəzinin yaradılmasıdır. Danışıqlar davam edir və ehtimal ki, layihəyə Özbəkistanda başlanacaq. Ola bilər ki, nəzəri təlimlər Özbəkistanda, praktiki təlimlər isə Azərbaycanda həyata keçirilsin. Biz bunu turizm universitetləri ilə əməkdaşlıq şəklində qurmaq istəyirik".

Xəbər lenti

Xəbər lenti