Bakı. Trend:
Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın II Bundesliqa klubu “Kayzerslautern”in heyətində növbəti yoxlama oyununa çıxıb.
Trend xəbər verir ki, komanda doğma “Fritz-Walter-Stadion”un məşq meydanında İngiltərənin 4-cü liqa təmsilçisi “Notts Kaunti” ilə qarşılaşıb. Oyun zamanı “Kayzerslautern” artıq ilk 10 dəqiqədə üç qol vuraraq üstünlük əldə edib. Qollardan biri – üçüncüsü Mahir Emrelinin aktivinə yazılıb.
Rəqib komanda 41-ci dəqiqədə bir oyunçusunun qırmızı vərəqə alması səbəbilə azlıqda qalıb. Mahir Emreli ikinci hissənin əvvəlində əvəzlənib.
Qeyd edək ki, Emreli daha əvvəl “Saar/Lüksemburq fanat yığması” ilə keçirilən yoxlama oyununda da qol vuraraq fərqlənmişdi.