...

Gürcüstanda soydaşlarımıza təmənnasız hüquqi yardımlar davam edir (FOTO)

Cəmiyyət Materials 11 İyul 2025 18:18 (UTC +04:00)
Gürcüstanda soydaşlarımıza təmənnasız hüquqi yardımlar davam edir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan Marneuli sakinlərini “Azərbaycan Evi”ndə qəbul edib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulun 4-cü günündə Gürcüstan vətəndaşı olan 6 nəfər soydaşımızın problemləri dinlənilib.

Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.

Qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün bu göstərilən nömrə ilə əlaqə saxlaya bilər: +995 599 10 96 90

Məqalədə:
Xəbər lenti

Xəbər lenti